Tarix : 2018 Mar 03
Kod 54561

Qarabağın azadlığı uğrunda fəal qrupların üzvləri Ərdəbilin terror şəhidinin məzarını ziyarət edib

İslam Barış Mahnısı” beynəlxalq konfransda iştirak etmək üçün Ərdəbilə səfər etmiş Qarabağın azadlığı uğrunda fəal qrupların rəhbərləri və üzvləri Ərdəbilin terror şəhidi Əbulfəzl Pirzadənin məzarını ziyarət ediblər, məzarın üzərinə gül hədiyyəsi qoyublar, şəhidin ruhuna fatihə oxuyublarvə onun məqamını uca tutublar
.AranNews – Xocalı soyqırımının ildönümü münasibətilə Mühəqqiq Ərədəbili Universitetində Xocalı faciəsinin aspektləri, regionda müsəlmanların vəziyyəti, terrorizm və zorakılıqla mübarizənin araşdırılması mövzusunda “İslam, Barış Mahnısı” adlı beynəlxalq konfrans keçirildi. Konfransdan sonra Azərbaycan və Türkiyədən gəlmiş qonaqlar Ərdəbilin terror şəhidi Əbulfəzl Pirzadənin məzarını ziyarət etdilər, şəhidin uca məqamına hörmət bəsləyərək, onu qəhrəman kimi yad etdilər. Qeyd edək ki, şəhid Əbulfəz Pirzadə Ərdəbilin inqilabçı fəallarından olmuşdur və 1360-cı ilin azər ayının 7-də (m.1981/11/28) münafiqlər tərəfindən Ərdəbil şəhərində şəhid edilmişdir.
  • Yazılıb
  • da (də) 2018 Mar 03
  • Göndərən مدير سايت Aran News