Tarix : 2018 Mar 03
Kod 54562

Mühəqqiq Ərdəbili Universitetində 3 ölkə nümayəndələrinin iştirakı ilə konfrans keçirildi+Foto

Xocalı faciəsi əsas olmaqla, terrorla mübarizə mövzusunda “İslam barış mahnısı” adlı beynəlxalq konfrans üç qonşu ölkənin nümayəndələrinin iştirakı ilə Mühəqqiq Ərdəbili Universitetində keçirildi.

AranNews - Xocalı faciəsi əsas olmaqla, terrorla mübarizə mövzusunda “İslam barış mahnısı” adlı beynəlxalq konfrans dünən günortadan sonra Azərbaycan Respublikası, Türkiyə və İran ölkələrinin nümayəndələrinin iştirakı ilə Mühəqqiq Ərdəbili Universitetində keçirilib. Konfransda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, Azərbaycan Respublikası Ziyalılar Formunun sədri Eldəniz Quliyev, Əsgər Analarına Dəstək Birliyinin sədri Növrəstə İbrahimova, ictimai fəal Nəsimi Qarabağlı, jurnalist Firuzə Əsədullayeva, Xocalı sakinləri, bir qrup universitet müəllimi və tədqiqatçılar çıxış edib.Universitet adamlarının vəzifəsi Qarabağla bağlı hadisələri işıqlandırmaqdırKonfransın açılışında Mühəqqiq Ərdəbili Universitetinin rektoru Qudərz Sadiqi qonaqları salamladıqdan sonra deyib: “İstəyimiz budur ki, Mütəal Allahın inayəti ilə Azərbaycan Respublikası xalqı daha tez irəliləyiş, genişlənmə və abadlığın şahidi olsun.”Universitetin rektoru Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amilinin sözlərini konfrans iştirakçılarına çatdırmaqla yanaşı deyib: “Ərdəbil universitetləri müasir texnologiyalara nail olmaq sahəsində çalışdıqları kimi elmi irəliləyişlərlə yanaşı tarix və mədəniyyətə xidmət etmək üçün dini, mədəni və ictimai sahələrdə də ciddi fəaliyyət göstərməyi özünə vəzifə bilir.”Doktor Sadiqi çıxışının davamında Azərbaycan-Ermənistan müharibəsinin tarixinə işarə edərək deyib: “Bu barədə heç bir məlumatı olmayan kəs belə, tarixə nəzər salmaqla çox asanlıqla faciənin dərinliyini dərk edə bilər.”Bu kimi konfransların həmin hadisələri xatırlatmağa səbəb yaratdığını bildirən rektor vurğulayıb: “Bu hadisələrin unudulmasının qarşısını almaq üçün hamı təlaş etməlidir.”Xocalı faciəsindən söz açan doktor Sadiqi deyib: “Qeyri-rəsmi statistikaya görə 1000 nəfər, rəsmi məlumatlara görə isə 613 nəfər Xocalı faciəsində şəhid olmuşdur. Amma Ermənistan dövləti təkcə 3 nəfərin həlak olduğunu etiraf edir. Halbuki, 53 nəfərin şəhid edildikdən sonra bədən üzvlərinin kəsilməsi barədə sənədlər mövcuddur.Bu qətliamda 130 nəfər uşaq öz ata və ya anasını itirmişdir.”

Mühəqqiq Ərdəbili Universitetinin rektoru çıxışının sonunda Allahdan Xocalı şəhidlərinə rəhmət və bu diyarın tezliklə azad olunmasını diləyib.Mühəqqiq Ərdəbili Universitetinin tarix fakültəsinin müəllimi Əsədi konfransın digər natiqlərindən olub. O, öz çıxışında Xocalının tarixi haqda qısa məlumat verdikdən sonra deyib: “Xocalı faciəsinin ildönümü münasibətilə beynəlxalq səviyyədə konfransların keçirilməsi bu diyarın təkcə bir ölkəyə deyil, İslam aləminə aid olmasını göstərir.”Xocalı hadisələrinə toxunan Əsədi deyib: “1992-ci ildə Qafqaz regionu Ermənistanın Xocalıda törətdiyi cinayətlərin şahidi oldu. Bu hadisədə Rusiyanın qana batmış əlləri də təsirsiz deyildi.”Universitet müəllimi vurğulayıb ki, rəsmi statistikalara əsasən, bu faciədə 613 nəfər şəhid olmuş və 1500 nəfər əsir düşmüşdür.O, Xocalıda faciənin çox dərin olması haqda açıqlama verərək deyib: “Bu qətliam bəşər tarixinin ən dərdli hadisələrindən biridir.”Doktor Əsədi çıxışının sonunda regionda ermənilərin güclənməsinin səbəblərini izah edərək deyib: “Səfəvi dövlətinin zəifləməsindən sonra İslam düşmənləri regionda cürətləndilər. Belə ki, Nadir şahın zühuru da onların qarşısını almaqda mühüm rol oynaya bilmədi. Ondan sonra hərc-mərclik yarandı, Türkmənçay kimi rüsvayçı müqavilələrlə Gəncə, İrəvan və Naxçıvan kimi şəhərlər İrandan qoparıldı.”

Tarix təhqiqatçısı daha sonra deyib: “Ermənistan Qababağ müharibəsinin əvvəllərində ətraf kəndlərə hücumlar edir və kəndləri yandırırdılar. Böyük qətliam törədilmiş Xocalı faciəsi də həmin günlərdə baş verdi.”Müqavimət, Qarabağın azad olunmasının yeganə yoludurKonfransın davamında Təbriz Universitetinin müəllimi doktor Mütəfəkkirazad Xocalı faciəsinin 26-cı ildönümünü uca tutmaqla yanaşı zülm hökumətinin məhv olacağına və dünyada ədalətin bərpa olacağına işarə edərək deyib: “İşğalçılıq və terror harada baş verməsindən asılı olmayaraq pislənilir. İran İslam Respublikası terrorizm və işğalçılığın ən böyük qurbanıdır.”

İranda 17000 terror şəhidi olduğunu xatırladan doktor deyib: “Bu şəhidlər pak və günahsız insanlar idilər. İmperializm, xüsusilə də Amerika və İsrailin maraqlarının qurbanı oldular.”Ruhullah Mütəfəkkirazad işğalçılığın İrana vurduğu ziyana işarə edərək deyib: “İslam İnqilabının əvvəllərində cinayətkar Səddam dünyanın 45 ölkəsinin dəstəyi ilə İrana hücum edərək bir neçə şəhəri işğal etdi. Amma vətən gənclərinin müqaviməti ilə işğal edilmiş bütün torpaqlar azad olundu.İranın tarix boyu həm işğal, həm də terrordan əziyyət çəkdiyini diqqətə çatdıran universitet müəllimi deyib: “İslam İnqilabından sonra İran xalqının baxışı dəyişdi. Belə ki, bu günləri həmin baxış və gücdən faydalanmaqla dünyanın hər yerində  təcavüzkarlar qarşısında məzlumları müdafiə edirik.”Doktor Mütəfəkkirazad İslamın namaz və orucla xülasələnmədiyini vurğulayaraq zülmə məruz qalmışları müdafiə etməyi də İslamın missiyası adlandırıb.Bu günləri İslam aləminin hər yerində münaqişələr yaşandığını bildirən tədqiqatçı alim deyib: “Bir tərəfdən Qüds sionistlərin işğalı altındadır, digər tərəfdən də hər gün Yəmən xalqının imperializmin əli ilə qətliam olunduğunu görürük. Bütün bunlar Qüdsü və Qarabağı işğaldan azad etməyi unutdurmaq üçün baş verir.”Mütəfəkkirazad Qüds və Qarabağın azad olunmasının yeganə yolunun təcavüzkarların qarşısında müqavimət olduğunu vurğulayaraq deyib: “Xürrəmşəhrin müqavimətlə azad olunduğu kimi Qüds və Qarabağ da bu yurdların xalqının müqaviməti ilə azad olunacaq. Bu, Allahın vədidir.Mühəqqiq Ərdəbili Universitetində Xocalı qətliamına həsr olunmuş “İslam barış mahnısı” konfransının davamında Mirzə Rəsulzadə şer oxuyub, Xocalı faciəsinə aid görüntülər nümayiş etdirilib, hadisəni görmüş canlı şahidlər faciə haqqında xatirələrini danışıb, qonaqlar fikir mübadiləsi aparıb, konfransın qətnaməsi oxunub.

همایش بین المللی "اسلام باریش ماهنیسی" در دانشگاه محقق+ تصاویر

انتهای پیام/

  • Yazılıb
  • da (də) 2018 Mar 03
  • Göndərən مدير سايت Aran News
Açar sözlər