“Kanal-13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun 6 il azadlıqdan məhrum edilməsinə dair hökm qüvvəyə minib.
Arannews-Gununsesi.info xəbər verir ki, Əziz Orucov Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.Tanınmışlardan blogger, “facebook” sosial şəbəkəsindəki “Sancaq” səhifəsinin idarəedicisi Mehman Hüseynov da 14 saylı cəzaçəkmə müəssisəsindədir.
Əziz Orucov 2017-ci il mayın 2-də həbs olunub. Ona əvvəlcə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilsə də, azadlığa çıxmalı olduğu gün barəsində cinayət işi başlanıb və həbs-qətimkan tədbiri seçilib. Jurnalist “Qafqaz Media Araşdırmalar Mərkəzi” adlı təşkilatın fəaliyyətinə görə CM-nin 192 (qanunsuz sahibkarlıq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq, 6 il azadlıqdan məhrum edilib.
Əziz Orucov isə günahsız olduğunu, həmin təşkilata aidiyyəti olmadığını bildirir