Hüsnü Mübarəkin ABŞ-ın onu devirmək istəyi haqda danışdığı səs yazısı yayımlanıb
Aranneüs-İslaminSesi.info Tasnim-ə istinadla bər verir ki, Facebook sosial şəbəkəsində Misirin devrilmiş prezidenti Hüsni Mübarəkə aid olduğu bildirilən səs yazısı yayımlanıb. Bu səs yazısında Mübarək 25 yanvar çevrilişi barədə danışır:
"Amerikalılar Yanvar İnqilabının formalaşması üçün 2005-ci ildən etibarən çalışırdılar, mən bunu hiss edirdim, bu səbəblə 2010-cu ilin Sentyabrındakı toplantıda amerikalıların məni hədəf aldığını dedim. Çünki mən onlara baza, liman və ya başqa heç bir şey və imtiyaz vermədim, bu səbəbdən onlar nəyin bahasına olursa olsun məni kənarlaşdırmaq istəyirlər", - deyə prezident Mübarək çıxışında bildirir.
Mübarək sözlərinin davamında 2005-ci ildən etibarən amerikalıların onu ortadan qaldırmaq üçün çalışdıqlarına işarə ilə, "Mən onlara 2011-ci ildə hakimiyyəti tərk edəcəyimi və hakimiyyətin oğluma keçməyəcəyini söylədim. Ancaq Amerikalılar yalançıdırlar. Onlar (Misirdə hakimiyyətin) atadan oğula keçəcəyi iddiasının təbliğatını apardılar və xalq da onlara inandı".
Misirin devrilmiş prezidenti, həmçinin: "Xalqa quruluşumuzun bir respublika rejimi olduğunu söylədim, ancaq işə yaramadı, çünki Amerikanın media sistemi bizdən daha güclü idi", - deyə bəyan edib.