Tarix : 2018 Mar 04
Kod 54570

Ayətullah Amili Beynəlxalq Qarabağ Forumunun fəxri üzvü seçilib

İnqilabın Böyük Rəhbərinin nümayəndəsi və Ərdəbilin imam cüməsi: “Qarabağı azad etmək üçün ciddi iradə olunduğu surətdə İranın müsəlman cavanlarının çoxu Qarabağın azad olunmasında iştirak etməyə hazırdır.”

AranNews - Ayətullah Amili Qarabağ Azadlıq Təşkilatının üzvləri ilə görüşdə deyib: “Qarabağ İslam aləminin bir parçasıdır. Onun işğalı bütün müsəlmanlara qarşı təcavüzkarlıqdır. Ona görə də biz bu işğalı öz dərdimiz bilir və onun uzun sürməsindən narahatıq.Ərdəbilin imam cüməsi əlavə edib: “Azərbaycan Respublikasında Qarabağı azad etmək üçün ciddi iradə olunduğu surətdə İranın müsəlman cavanlarının çoxu Qarabağın azad olunmasında iştirak etməyə hazırdır.”Qarabağın azad olunması yolunu Azərbaycan xalqının səhnədə hazır olmasında görən imam cümə vurğulayıb ki, xalqın bu səhnədə iştirak etməsinə maraq yaratmaq üçün ən mühüm amil dini etiqadların gücləndirilməsidir.

Vəliyyi-fəqihin nümayəndəsi Qarabağın azad olunması barədə yeni planlar təqdim etdikdən sonra deyib: “Mən öz dini vəzifəmi yerinə yetirmək üçün bu xalis və layiqli forumda üzv olmağı qəbul edirəm, bu təşkilatın müqəddəs hədəflərinin irəli aparılması istiqamətində hazır olduğumu bildirirəm.Qeyd edək ki, Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə Mühəqqiq Ərdəbili Universitetində keçirilən “İslam, barış mahnısı” beynəlxalq konfransında bu universitet də Beynəlxalq Qarabağ Forumunun üzvü seçilib və doktor Əsədi Forumun səlahiyyətli nümayəndəsi kimi tanınıb.


  • Yazılıb
  • da (də) 2018 Mar 04
  • Göndərən مدير سايت Aran News