AranNews - Birinci Beynəlxalq Ərbəin Festivalının yekun mərasimi Təbrizin imam cüməsi və Vəliyyi-fəqihin nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim, Təbriz əhalisinin İslami Şura Məclisində nümayəndəsi Fərhəngi, Təbriz əyalətinin məsul işçiləri, İran, Azərbaycan və Türkiyədən gəlmiş qonaqların iştirakı ilə keçirilib. Cümə axşamı günü Təbrizin evsahibliyi ilə keçirilən yekun mərasimində müxtəlif sahələrdə seçilmiş şəxslər təqdir olunub.
Mərasimdə Təbrizin imam cüməsi və Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan Televiziya və Radio Şirkətinin müdiri Möhsin Lətifi, Təbriz Televiziya və Radio Şirkətinin Xaricə Yayım bölməsinin müdiri və Beynəlxalq Ərbəin Festivalının katibi Mehdi Nalbəndi çıxış ediblər.
Möhtəşəm mərasimdə müxtəlif bölmələrdə seçilmiş şəxslərə təqdirnamə və mükafatlar verilib.
Şer bölməsinin qalibləri
Birinci yer: Zəhra Keyran-Türkiyə
İkinci yer: Mehrəli Asim-Azərbaycan
Üçüncü yer: Cəfərpur Rəzəvi-İran
Radio deklamasiyası bölməsinin qalibləri
Birinci yer: Gülbala Əhmədov Fənayi-Azərbaycan
İkinci yer: Mustafa Doğan-Türkiyə
Üçüncü yer: Kazim Qasimi-İran
Dini ilahilər bölməsinin qalibləri:
Birinci yer: Yaşar Cahid-Azərbaycan (İlahi, bizi zəvvar elə)
İkinci yer: Mehdi Fərəc-Türkiyə (Adı gözəl Rüqəyyə)
Üçüncü yer: Əli Kaçan-Türkiyə (Ya Hüseyn)
Münsiflər heyətinin xüsusi mükafatına şer bölməsində Türkiyə vətəndaşı Arzu Çətin, radio deklamasiyası bölməsində İran vətəndaşı Mehdi Simsari layiq görülüb.