Tarix : 2018 Mar 05
Kod 54577

Azərbaycan ordusu Ermənistana məxsus PUA-nı zərərsizləşdirib

Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonu ərazisində Ermənistana məxsus bir ədəd pilotsuz uçan aparatın vurulmasından xəbər verib.
Arannews-Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə,  bu gün günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycanın Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.
Qeyd edək ki, dünən də Ermənistana məxsus PUA vurulmuşdu.

  • Yazılıb
  • da (də) 2018 Mar 05
  • Göndərən مدير سايت Aran News