Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonu ərazisində Ermənistana məxsus bir ədəd pilotsuz uçan aparatın vurulmasından xəbər verib.
Arannews-Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu gün günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycanın Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.Qeyd edək ki, dünən də Ermənistana məxsus PUA vurulmuşdu.