Tarix : 2018 Mar 05
Kod 54582

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Mart ayının 3-dən 5-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Arannews-"İslaminSesi.info" bildirir ki, "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

  • Yazılıb
  • da (də) 2018 Mar 05
  • Göndərən مدير سايت Aran News