Tarix : 2018 Mar 05
Kod 54583

Ərdoğan Makronla telefonla danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu aprel ayında İstanbulda keçiriləcək Suriya üzrə keiriləcək Rusiya- Türkiyə-İran sammiti barədə xəbər verib.

Arannews-FaktXeber.com-un Anadolu-ya istinadla məlumatına görə, bu barədə o, ötən gecə baş tutan telefon danışığında bəayn edib.

Prezidentlər  Suriyadakı vəziyyəti müzakirə ediblər və Şərqi Qutada  humanitar  barışıqlığın vacibliyini vurğulayıblar.
«Hər iki prezident müttəfiqlər və Suriya müxalifətinin  nümayəndələri ilə birlikdə Cenevrə prosesləri çərçivəsində  Suriya böhranının siyasi həllinə çalışacaqlar», - deyə Ərdoğanın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Makron bundan əvvəlr İran prezidenti Həsən Ruhani ilə danışıqlar aparıb. Hər iki prezident humanitar yardımın  çatdırılması və Suriyada atəşkəs rejiminə riayət olunması üçün operativ rejimdə birgə işləmək barədə razılıqlarını təsdiqləyiblər.

  • Yazılıb
  • da (də) 2018 Mar 05
  • Göndərən مدير سايت Aran News