Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu aprel ayında İstanbulda keçiriləcək Suriya üzrə keiriləcək Rusiya- Türkiyə-İran sammiti barədə xəbər verib.
Arannews-FaktXeber.com-un Anadolu-ya istinadla məlumatına görə, bu barədə o, ötən gecə baş tutan telefon danışığında bəayn edib.
Prezidentlər Suriyadakı vəziyyəti müzakirə ediblər və Şərqi Qutada humanitar barışıqlığın vacibliyini vurğulayıblar.
«Hər iki prezident müttəfiqlər və Suriya müxalifətinin nümayəndələri ilə birlikdə Cenevrə prosesləri çərçivəsində Suriya böhranının siyasi həllinə çalışacaqlar», - deyə Ərdoğanın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Makron bundan əvvəlr İran prezidenti Həsən Ruhani ilə danışıqlar aparıb. Hər iki prezident humanitar yardımın çatdırılması və Suriyada atəşkəs rejiminə riayət olunması üçün operativ rejimdə birgə işləmək barədə razılıqlarını təsdiqləyiblər.