Arannews-APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda qeyd olunub.Hesabatda bildirilir ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1028 cinayətkar qrup zərərsizləşdirilib, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.