Sionist İsrail rejim əsgərləri işğal altındakı Qərbi Şəriyənin müxtəlif bölgələrində ötən gün cümə namazından sonar təşkil olunan etiraz aksiyalarına hücum edib.
Arannews-Maide.Az "AA"-a istinadən xəbər verir ki, Fələstin Xalq Müqavimət Komitəsinin çağırışı ilə Ayrım divarı və yəhudi şəhərciklərinin tikintisi əleyhinə başlanmış etirazların 13-cü ildönümündə Qərbi Şəriyənin müxtəlif bölgələrində ötən gün aksiyalar keçirilib. Ramallahın qərbində Belin bölgəsində işğalçı rejim əsgərləri etirazçı Fələstinlilərə hücum edib. Sionist rejim əsgərləri etirazçıları dağıtmaq üçün plastik güllə və gözyaşardıcı qazlardan istifadə edib. Fələstinlilər isə işğalçı rejim əsgərlərinə daşla cavab verib.
Hücum zamanı xəsarət alanların olduğu bildirilir.
Fələstində 2000-ci ildə baş verən Əqsa intifadasından (II intifada) sonra işğalçı rejim 2002-ci ildə təhlükəsizlik səbəbini iddia edərək Qərb Şəriyə ilə FƏləstinin yəhudiləri yaşayan işğal olunmuş əraziləri arasında Ayrım divarı tikməyə başladı. Ayrım divarına görə, Qərb Şəriyədəki üç milyona yaxın fələstinli işğal altındakı Şərqi Qüds və digər işğal olunmuş ərazilərə keçə bilmir.
ABŞ prezidenti Donald Trampın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını elan etidyi 6 Dekabr 2017-ci ildən indiyədək , başda işğal altındakı Şərqi Qüds olmaqla Qərb Şəriyənin müxtəlif yerlərində və Qəzza zolağında fələstinlilər bu qərara etirazlarını müxtəlif nümayişlər təşkil etməklə bildirir.