Tarix : 2018 Mar 06
Kod 54592

İşğalçı İsrail rejim qüvvələri Fələstində nümayişçilərə hücum edib

Sionist İsrail rejim əsgərləri işğal altındakı Qərbi Şəriyənin müxtəlif bölgələrində ötən gün cümə namazından sonar təşkil olunan etiraz aksiyalarına hücum edib.
Arannews-Maide.Az "AA"-a istinadən xəbər verir ki,  Fələstin Xalq Müqavimət Komitəsinin çağırışı ilə Ayrım divarı və yəhudi şəhərciklərinin tikintisi əleyhinə başlanmış etirazların 13-cü ildönümündə Qərbi Şəriyənin müxtəlif bölgələrində ötən gün aksiyalar keçirilib. 
 Ramallahın qərbində Belin bölgəsində işğalçı rejim əsgərləri etirazçı Fələstinlilərə hücum edib.  Sionist rejim əsgərləri etirazçıları dağıtmaq üçün plastik güllə və  gözyaşardıcı qazlardan istifadə edib. Fələstinlilər isə işğalçı rejim əsgərlərinə  daşla cavab verib. 
 Hücum zamanı xəsarət alanların olduğu bildirilir. 
 Fələstində 2000-ci ildə baş verən  Əqsa intifadasından (II intifada)  sonra  işğalçı rejim 2002-ci ildə  təhlükəsizlik səbəbini iddia edərək Qərb Şəriyə ilə FƏləstinin yəhudiləri yaşayan işğal olunmuş əraziləri arasında  Ayrım divarı  tikməyə başladı.  Ayrım divarına görə,  Qərb Şəriyədəki üç milyona yaxın fələstinli  işğal altındakı  Şərqi Qüds və digər işğal olunmuş  ərazilərə keçə bilmir. 
 ABŞ prezidenti Donald Trampın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını elan etidyi  6 Dekabr 2017-ci ildən indiyədək , başda işğal altındakı Şərqi Qüds olmaqla Qərb Şəriyənin müxtəlif yerlərində və Qəzza zolağında fələstinlilər bu qərara etirazlarını müxtəlif nümayişlər təşkil etməklə bildirir. 
 

  • Yazılıb
  • da (də) 2018 Mar 06
  • Göndərən مدير سايت Aran News