Azərbaycan Respublikasının Tehrandakı səfirinin İran İslam Respublikasının Ekologiyanı Mühafizə Təşkilatının sədri ilə görüşündə ətraf mühit ilə əlaqədarməsələlər və qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi müzakirə edilib.
Arannews-İranın Ekologiya Təşkilatının sədri İsa Kəlantəri bu gün Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov ilə görüşündə Xəzər dənizinin ekoloji problemlərinə toxunaraq deyib: Ölkələr arasında tanınmış siyasi sərhədlər ekoloji problemlərin müzakirə yolu ilə həllinə mane ola bilməz və bütün xəzəryanı ölkələr bu su hövzəsinin problemlərinin həlli üçün əməkdaşlıq etməlidirlər. İranlı rəsmi deyib: İran ilə Azərbaycan Respublikası arasında xüsusiylə mədəni sahədə çoxlu ortaqlıqlar var və bu potensialdan iki qonşu ölkə arasında xüsusiylə ekologiya sahəsində faydalanmaq böyük zərurət daşıyır.
Görüşdə Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov deyib: İran İslam Respublikasının prezidentinin Azərbaycan Respublikasına Novruz bayramı ilə eyni zamanda gözlənilən səfəri iki ölkə arasında əlaqələr və əməkdaşlıqların genişləndirilməsinə böyük təsir edəcək.
Bünyad Hüseynov deyib: Azərbaycan Respublikası Xəzər dənizində ekoloji porblemlərin həlli istiqamətində İran ilə əməkdaşlıq etməkdə maraqlıdır.