Mərkəzi Seçki Komissiyasının martın 7-də keçirilmiş iclasında 3 nəfərin prezidentliyə namizədliyini qeydə alınıb.
Arannews-MSK-nin yaydığı məlumatda bildirilir ki, onlar öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevdir. Hər üç şəxs 2013-cü il prezident seçkisində iştirak edib.Bundan əvvəl, fevralın 27-də MSK hazırki dövlət başçısı, YAP tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyini qeydə almışdı.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Prezident İlham Əliyevin fevralın 5-də verdiyi sərəncamla növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edildi.
Milli Şura, Müsavat partiyası, ReAL hərəkartı seçkiləri boykot etdiklərini bəyan ediblər.