Tarix : 2018 Mar 08
Kod 54613

İsrail Ordusu vətən marşları oxuyan Fələstin qrupunun iki üzvünü qaçırdı -

İsrail Ordusu vətən marşları oxuyan fələstinlilərin "Firqətul Ənvar" adlı qrupun iki üzvünü qaçırıb
Arannews-İslamazeri.com xəbər verir ki, fələstinli mənbələr İsrail Ordusunun vətən marşları oxuyan fələstinlilərdən ibarət "Firqətul Ənvar" adlı qrupun iki üzvünü qaçırdığını yayıblar. Məlumata görə, Musa Əl Hurub və Əhməd Əl Misri adlı sənətçilər İsrailə qarşı təhrikedici marşlar oxumasına görə hədəfə tuş gəldikləri bildirilir.
Məsələ ilə bağlı İsrail Ordusunun sözcüsü Aviçay Adrai dünən axşam xəbəri təsdiq edərək, "Firqətul Ənvar" qrupunun iki üzvünün (İsrailə qarşı) təhrikedicilik etdikləri üçün saxlanıldıqlarını təsdiq edib.
Adrai hər iki incəsənət xadiminin HƏMAS-la əlaqəsinin olduğunu və təhrikedici mahnılar və ilahilər söylədiyini bildirib.
İsrail rejimi vətənpərvərlik mövzusunda hər bir incəsənət və mədəniyyət sahəsindəki fəaliyyəti təhrikedicilik cinayəti hesab edir.
  • Yazılıb
  • da (də) 2018 Mar 08
  • Göndərən مدير سايت Aran News