Səudiyyə şahzadəsi və kralın vəliəhdi Məhəmməd Bin Salman keçirdiyi mətbuat konfransında Türkiyə, Qətər və İranın ünvanına sərt ifadələr işlədib
Arannews-İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, xarici səfərləri sırasında Misirdə bir qrup jurnalist ilə görüşən Səudiyyə şahzadəsi və kralın vəliəhdi Məhəmməd Bin Salman Türkiyə, Qətər və İran "şeytan üçbucağı"na bənzədib.O İŞİD, "Nusra cəbhəsi" kimi terror qruplaşmaların maliyyə dəstəyini verən şahzadəsi olduğu "Vəhabi krallığın" terrora-dəstəyini hər dəfə pərdələdiyi kimi, bu dəfə də pərdələyərək bölgənin nüfuzlu üç ölkəsi: Türkiyə, İran və Qətəri terrora dəstəkdə ittiham edib.
Bu açıqlama "Əl Cəzirə", CBS telekanalında yayımlandıqdan sonra, Associated Press agenliyi də bu xəbəri yayıb.
Tədbirdə iştirak edən jurnalistlərdən biri CBS telekanalına bu xəbəri təsdiqləyərək, Salman Bin Məhəmmədin çıxışı zamanı Ərdoğanın idarə etdiyi Osmanlılar, Müsəlman Qardaşları da istifadə edərək xəlifəliyi yenidən gətirmək istədiyini, İranın inqilabı yaymaq üçün çalışdığını önə çəkib.