Tarix : 2018 Mar 09
Kod 54616

Müsəlman Birliyi" Hərəkatının koordinatoruna hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 Arannews-IRIB-in  bakı ofisinin vetenugrunda.az sayıtına istinadan verdiyi xəbərə görə hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda vəkil Fariz Namazlı çıxış edib və istintaq zamanı baş verən qanunsuzluqların araşdırılmadığını bildirib.
Əhsən Nuruzadə son sözündə günahsız olduğunu şərlənərək həbs edildiyini və ona qarşı irəli sürülən ittihamların sifariş olduğunu bildirib: "Məni birinci dəfə həbs edəndə dedilər ki, Müsəlman Birliyi Hərəkatından və Azərbaycan Xalq Cəbhəsi Partiyasından uzaqlaş. Get namazını qıl, siyasətə qoşulma, yoxsa səni narkotiklə şərləyib həbs edərik. Mən mitinqə çağrış etdiyimə görə həbs edildim. Mən atası şərlənərək həbs edilən körpələrə imanlı insanların etdiyi yardımlardan bir tikə çörəkpulu apardığıma görə həbs edildim".
Sonra o, üzünü hakimə tutaraq deyib: "Atası şərlənərək həbs edilən uşaqların çoxu məktəb paltarı olmadığına görə məktəbə gedə bilmir. O, atasına həsrət qalan uşaqların çoxu gecələr ac yatır, evində bir tikə çörək olmadığına görə".
Əhsən Nuruzadənin çıxışından sonra hakim müşavirə otağına yollandı və müşavirədən geri qayıdıb ona 7 il höküm oxudu.
Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, onun üzərindən 14.775 qram heroin tapılıb. Ə.Nuruzadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz narkotik əldə etmə, külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib.
  • Yazılıb
  • da (də) 2018 Mar 09
  • Göndərən مدير سايت Aran News