Səudiyyə Ərəbistanın birinci vəliəhdi, kralın oğlu və eyni zamanda müdafiə naziri olan Məhəmməd Bin Salman Misir səfərindən sonra Britaniyaya yola düşüb. Bir neçə günlük səfər çərçivəsində iki ölkə arasında hərbi sahə də daxil olmaqla müxtəlif zəminlərdə anlaşmalar əldə edilməlidir.
Arannews-İslaminSesi.info BBC-ə istinadla xəbər verir ki, Britaniyanın bir sıra hüquq təşkilatlatının təşkilatçılığı ilə Bin-Salmana qarşı etiraz aksiyaları keçirilib.
Bin Salmanın mənfi obrazını təcəssüm etdirən kuklaların nümayiş olunduğu bu aksiyalarda Səudiyyə rejimindən Yəməndə apardığı müharibəni dayandırmaq, həmçinin Britaniya hökumətindən də bu rejimə silah satmağın dayandırılması tələb edilib.
Qeyd edək ki, ABŞ, Britaniya və Fransa Yəmənə hücum edən, tarixində əsla bir dəfə olsun belə seçki görməyən totalitar Səudiyyə rejimini silahla təmin edən əsas ölkələrdir. Britaniya Avropa İttifaqından çıxdıqdan sonra Səudiyyə kimi varlı ölkələrlə əlaqələri qurmaqğa daha çox can atmağa başlayıb.