Suriya Ordusu ötən gündə Şərqi-Qutada qruplaşmaların nəzarətindəki Beyt-Siva və əl-Əşəri qəsəbələrini azad etdikdən sonra bölgənin yarıdan çoxunu azad etmiş olub.
Arannews-İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, Suriya Ordusu bu irəliləyişlə Şərqi-Qutada qruplaşmaların nəzarətindəki bölgələri (60 kvadrat km) iki hissəyə bölməyə nail olub.Eyni zamanda Rusiya hərbi rəsmiləri bildiriblər ki, Şərqi-Qutada mühasirədəki qruplaşmalar kimyəvi hücum iddiasını səhnələşdirməkdədirlər və bu yolla Suriya Ordusunu ittihamlandırmaq istəyirlər.
Ötən gün Şərqi-Qutada bir sıra qəsəbələrdə sakinlər Suriya dövləti bayrağını qaldıraraq, qruplaşmaların bölgədən getməsini tələb ediblər.
Şərqi-Quta, Suriya silahlı müxalifətinin mərkəzə ən yaxın bölgəsidir. Onun qruplaşmaların nəzarətindən çıxması Suriya silahlı müxalifətinin və terror birləşmələrinin siyasi sonluğu deməkdir.