Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində 10 mindən çox uşaq və qadın həyatını itirib.
Arannews-Maide.Az “alkawthartv”-yə istinadən xəbər verir ki, Yəməninin Səhiyyə Nazirliyi bu gün yayımladığı açıqlamada bildirib ki, Səudiyyə rejim koalisiyasının bu müddət ərzində həyata keçirdiyi hücumlar nəticəsində 10 min 300 uşaq və qadın həyatını itirib və ya yaralanıb. Nazirliyin açıqlamasında bildirilir ki, Yəmənin mühasirədə saxlanılması nəticəsində 2.5 milyon uşaq və qadın pis qidalanmadan əziyyət çəkir. Onlardan 247 min uşaq artıq həyatını itirib.
Yəmənin mühasirəsi nəticəsində dərman preperatları çatışmamazlığı yaranıb. Bu da 1200-dən çox böyrək xəstəsinin ölümünə səbəb olub. Hazırda tibbi təchizat və dərman çatışmamazlığına görə 6 min nəfərdən çox böyrək xəstəsi olan yəmənli vaxtında dializ ola bilmir.
Yəmən İnsan Haqları təşkilatı öz açıqlamasında bildirib ki, ötən 3 il ərzində Səudiyyə Ərəbistanının təcavüzü və Yəmənin mühasirədə saxlaması nəticəsində 565 min ailə evlərindən didərgin düşüb ki, ümumilikdə onların sayı 3 milyon 400 min nəfər təşkil edir. Evlərindən didərgin düşənlər Yəmənin müxtəlif əyalətlərindəndirlər