Tarix : 2018 Mar 10
Kod 54631

Qəzzafinin 10 milyard avrosunu kim xərcləyir

Belçikanın xarici işlər naziri Didye Reynders Liviyanın devrilmiş prezidenti Müəmmar Qəzzafinin 10 milyard dollarlıq hesabları ilə bağlı yayılan məluimatı təkzib edib. FaktXəbərin verdiyi məlumata görə, belçikalı nazir "Le Vif" qəzetində dərc olunan məqaləni dezinformasiya adalandırıb.
Arannews-Dünən adı çəkilən nəşr məlumat yayıb ki, Müəmmar Qəzzafinin "Euroclear Bank"da olan 10 mlrd. avro dəyərində dondurulmuş aktivləri 2011-ci ildə BMT-nin qərarı ilə 2013-2017-ci illərdə xərclənib.
Məqalədə həmçinin qeyd olunur ki, bu vəsait Liviya liderinin yaxın ətrafı tərəfindən idarə olunur.
 "Mətbuat azadlığı, əlbəttə ki, var. Amma məlum olanda ki, məlumat yalandır, onda mən gözləyirəm ki, buna düzəliş edilsin. Həmçinin gözləyirəm ki, bu məlumatdan dövlət işi çıxaranlar heç nə ilə uyğun gəlmədiyinə dair nəticə çıxarsınlar",-deyə belçikalı nazir vurğulayıb.
  • Yazılıb
  • da (də) 2018 Mar 10
  • Göndərən مدير سايت Aran News