Tarix : 2018 Mar 10
Kod 54632

Sahil qəsəbəsində Həzrəti Zəhranın (s.ə) mövludunda hicab hədiyyə olundu - FOTO

İslam Peyğəmbərinin əziz qızı, Həzrəti Zəhranın (s.ə) mübarək mövludu dünən axşam saatlarında daxil olub.

Arannews-İslam Peyğəmbərinin əziz qızı, Həzrəti Zəhranın (s.ə) mübarək mövludu dünən axşam saatlarında daxil olub. Bu münasibətlə dünyanın, həmçinin Azərbaycanımızın bir çox guşəsində mövlud mərasimləri keçirilməyə başlayıb.

İslamazeri.com xəbər verir ki, Bakının Sahil qəsəbəsində keçirilən mərasimdə Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu haqqında məlumatlar verilmiş, azyaşlı uşaqlar şeirlər söyləmiş, ilahilər səsləndiriblər. Daha sonra maraqlı viktorina keçirilib. Qaliblərə hədiyyələr verilib.

Həmçinin başının örtülməsi yaşına çatan və hicaba keçən qızlara hicablar hədiyyə edilib.Sahil qəsəbəsində Həzrəti Zəhranın (s.ə) mövludunda hicab hədiyyə olundu - FOTO

  • Yazılıb
  • da (də) 2018 Mar 10
  • Göndərən مدير سايت Aran News