Tarix : 2018 Mar 11
Kod 54639

Gürcüstanda Xanım Fatimeyi Zəhranın mövlud münasibətilə maraqlı "gül aksiyası" - FOTO

Ümumi Gürcüstan Müsəlmanlaraı Ali Dini Idarəsi və Imam Əli (ə) Xeyriyyə Fondunun təşkilatçılığı ilə Gürcüstanda Xanım Fatimeyi Zəhranın mövlud münasibətilə maraqlı "gül aksiyası" keçirilib

Arannews-İslamazeri.com xəbər verir ki, Ümumi Gürcüstan Müsəlmanlaraı Ali Dini Idarəsi və Imam Əli (ə) Xeyriyyə Fondunun təşkilatçılığı ilə Gürcüstanda Xanım Fatimeyi Zəhranın mövlud münasibətilə maraqlı "gül aksiyası"  keçirilib. Marneulinin inanclı xanımları şəhərdə dövlət İdarəsi, , xəstəxana, özəl sektorda və ictimayyət nümayəndələrinin bayramı təbrik edilib, Xanım Fatimeyi-Zəhranın (s) təvəllüdü münasibəti ilə onlara gül hədiyyə verilib və   bu gün haqqında məlumat veriblər.

Aksiyanın təşkilatçılarından olan Ümumi Gürcüstan Müsəlmanlaraı Ali Dini Idarəsinin sədri Mirtağı Musəvi bu aksiyaları bir neçə ildir başlatdıqlarını bildirirb.

"Bir neçə ildir Xanım Fatimənin doğum gününü, Gürcüstanda gül aksiyası formasında qeyd edilməsi ənənəsini başlatmışıq. Bundan daha böyük aksiyalara da start verməyi düşünürük", - deyə Mirtağı Musəvi qeyd edib.

Gürcüstanda Xanım Fatimeyi Zəhranın mövlud münasibətilə maraqlı "gül aksiyası" - FOTO

  • Yazılıb
  • da (də) 2018 Mar 11
  • Göndərən مدير سايت Aran News