Azərbaycan Respublikası Gömrük İdarəsi 2017-ci ildə İran İslam Respublikası ilə ticarət mübadilələrinin artdığından xəbər verib.
Arannews-Trend xəbər agentliyinin verdiyi məlumata görə, Azərbaycan Gömrüyü bildirib: Azərbaycanın İran ilə 2017-ci il üçün ticarət mübadilələrinin dəyəri 257 milyon dollar təşkil edir ki, bu da 2016-cı illə müqayisədə 27.4 faiz artımdan xəbər verir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi isə bu gün bu nazirliyin başçısı Şahin Mustafayevin martın 12-də Tehrana rəsmi səfər edəcəyindən xəbər verib. Məlumata görə səfərdə məqsəd iki ölkənin iqtisadi-ticarət komissiyasının 12-ci iclasının keçirilməsi və qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi üçün iranlı rəsmilərlə görüşdən ibarətdir.