Tarix : 2018 Mar 12
Kod 54648

Azərbaycanda xarici təşkilatlardan asılı jurnalistlərin kimliyi açıqlandı

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçsisi Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olan jurnalistlərin adlarını açıqlayıb.

Arannews-APA-nın verdiyi məlumata görə, Əli Həsənov müxalifət mediası adı altında fəaliyyət göstərən xarici ölkələrdən asılı jurnalistlərin adlarını açıqlayaraq, onları hökumət əleyhinə iftira və yalan xəbərlər yaymaqda ittiham edib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həmçinin deyib: Ölkədən qaçan bəzi şəxslər bu gün Azərbaycanın simvollarını təhqir edirlər: Həmin şəxslər xaricdə olduqları ölkənin pasportlarını alaraq, Azərbaycana qarşı təlimatlandırırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühitinin yarandığını da qeyd edib və deyib: Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün və antiazərbaycan fəaliyyəti, sizin dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal hal hesab olunmalıdır?

  • Yazılıb
  • da (də) 2018 Mar 12
  • Göndərən مدير سايت Aran News