"ATƏT bütün münaqişələrə aktiv cəlb olunub. ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və münaqişələrin sülh yolu ilə həllidir".
Arannews-Musavat.com xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli deyib. O əlavə olaraq bildirib ki, həlli uzanan münaqişələrlə bağlı boşluqlar var:
"Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlərdə, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur", - deyə ATƏT Pa sədri vurğulayıb.