Tarix : 2018 Mar 13
Kod 54665

Diktatorların məhvinə səbəb olan ortaq ehtiraslar -

Onların hamısını demək olar ki, ünvanları fərqli eyni şüarlar birləşdirər. "Yaşasın Misir və Misir xalqı!" "Yaşasın Liviya!" "Liviya xalqı zirvədədir!" Yaxud da milli hisləri kükrədərək istədiklərinə nail olarlar. İslaminSesi Əl-Cəzirə telekanalının diktatorlar haqqında hazırladığı verlişi sizə təqdim edir. Bu verlişdə diktatorların həyatlarını araşdıran mütəxəssislər və siyasi psixoloqlar danışırlar.

Arannews-"Qətiyyən səfeh deyillər. Həddindən artıq ağıllıdırlar və oyunlarını çox diqqətlə oynayarlar. Səbirlidirlər. İntelektual dərinlikləri var idi, deyə bilmərik. Düşünürəm ki, bütün diktatorların eyni problemləri var: Onlar intelektual deyillər və çoxunun universitet diplomu belə olmayıb". Bir diktator qüdrət əldə etdikdən sonra onu nə yolla olursa, olsun əlində saxlamağa cəhd edir. Ağıllı diktator zirvəyə gedərkən nə cür düşmənlər qazandığının fərqindədir.Onlar ilk növbədə ən yaxınları olsa belə potensial düşmənlərini aradan götürürlər.
1. Rəqibləri yox et!
Bu işi reallaşdıranlardan biri də Abdul Nasir olub. Abdul Nasir hakimiyyətə gələn zaman ona dəstək olan 9 ya da 10 müstəqil hərbçi var idi. 1952-ci ildə çevriliş baş verəndə onlar ona kömək etdilər. 1971-ci ildə o ölərkən ona dəstək verən bu zabitlərdən yalnız üçü onun yanında qalmışdı. Ənvər Sadat o zabitlərdən biri idi.
Digər bir tipik nümunə isə Qəddafidir. O da hakimiyyətə bir qrup hərbçi ilə gəldi. Amma heç biri yanında salamat qalmadı.
"Əgər bir liderin ətrafında ancaq yaltaqlar qalarsa və ona yalnız eşirmək istədiyi sözləri deyərlərsə o lider reallıqdan uzaqlaşar. Onda lider olaraq yalnız eşitdiklərinizə inanmağa başlayarsınız. Lider olaraq bu ölkəyə yalnız siz lazımsınız, bu ölkəni yalnız siz inkişaf etdirə bilərsiniz və bu yolda da sizə heç kim bir söz deyə bilməz. Hansı işdə olursunuzsa olun, orada siz hey tərifləyib, sizdən başqasının bunu edə bilməməsini daim eşitsəniz zamanla siz də buna inanarsınız. "
Bütün diktatorların bir problemi var: Onların ətrafındakı insanlar müəyyən müddət sonra həyatları üçün təlaş edən yaltaqlara çevrlirlər.
"Siyasi və iqtisadi qüvvələri var. Qəfildən cəmiyyətdən qoparaq kral ailəsindənmiş kimi davranarlar. Hakimiyyətə gəldikdən sonra ölkəni krallığa çevirirlər. Sonra zəngin və cəmiyyət içində statuslu insanlarla əlaqə qurarlar. Xatırlayıram ki, Ənvər Sadat Henri Kissincerdən  dostum Henri deyə bəhs edərdi. Deməli qüvvə əldə edib bərabərləşiblər. Qüdrətin gətirdiyi ritualları tətbiq edirlər. Onlar ölkələrindən kənarda zəngin və tanınmış insanlarlas əlaqə quraraq öz ölkələrinin reallıqlarından azca da olsa sıyrılmış olurlar”.
2. Narsizm xəstəliyi
Bir diktatorun  cəmiyyət içində mövqeyi çox əhəmiyyətlidir.O xalqı üçün ideal bir super qəhrəman olmalıdır. Hər zaman gənc, hər zaman sağlam və hər zaman gözəl geyinməlidir. Camaatının hər zaman olmaq istədiyi, amma ola bilməyəcəyi formaya sahib olmalıdır.
“Bu tip insanların bir çoxu heç bir zaman ölməyəcəklərini düşünürlər”
Narsizmin bir növü də aşırı qürurdur. Qürurun da bir hisəsi insanın xarici görünüşüdür. Qürur bir insanın sahib olduqları ilə əlaqədər məsələdir. Ortada sevgi, qayğı və təqdir edilməyə ehtiyac duyulan bir aclıq var. Bu insanlar üçün bu hal həyatın hər bir sahəsində keçərlidir.” Özünə hörmət edən diktator heç vaxt özünə məxsus sarayı olmadan yaşaya bilməz. Hətta bir neçə sarayı deyə bilərik. Xüsusilə də nə qədər çox mərmər olarsa o qədər yaxşıdır.
“Gücü nümayiş etdirməyin ən bariz simvolik yolu malik olunanların ölçüsüdür. Mümkün qədər daha böyük ölçülərdə nəyəsə sahib olmaq. Qüdrətli olduğunuzu çatdırmaq istiqamətində həddndən artıq ikinci növlü vasitələr ola bilər. Lakin böyük yer, böyük bir torpağa və daha böyük bir qüvvəyə sahiblik mesajını verər. Özünü göstərmək bütün diktatorların həyat tərzidir. “
Mütləq güc mütləq bir nəzarət gətirər. Qəzetlər və televiziyalar mütləq yaxından izlənlməli və nəzarətə götürülməlidir. Mümkünsə internetdə senzuraya məruz qalmalıdır.
İşin başında duran adam təsdiqləmədikcə film çəkə bilməz, kitab yayımlaya bilməzdiniz. Gücü ələ keçirən və ölümsüz olmadığını bilən diktatorlar özlərindən sonrakı hakimyyətin hallına qalarlar. Yəni cavab bəsitdir. Onlar öz övladlarını öz yerlərinə hazırlayarlar.
 “Xəstəlikləri nin yaratdığı təsir ilə daha öncə etmədiklərini bir diktator  səyi  ilə etməyə başlayarlar. Son günlərinə yaxınlaşdıqca çox qeyri-adi şeylər edən saysız diktator götmüşük.Amma zəfərinizi qoruyacaq ən əhəmiyyətli şey  krallığınızı şahzadənizə ötürməkdir."
Qəddafinin oğlu Seyfinin London universitetinin iqtisadiyyat fakültəsindən doktorluq dərəcəsi var idi. Yəni cəmiyyət onun daha mədəni biri olduğuna ümid edirdi. Ancaq Qəddafinin son ana kimi "Qanımın son damlasına qədər davam edəcəm!" deməsi  ilə paralel olaraq oğlu da "Son gülləmizə qədər atəş açacayıq!" deyirdi. 
Bir çox diktatorun fikrincə ən böyük problem insanlardakı nankorlıuq meylidir. Azadlıq istəyərlər və öz həyatlarını özləri nəzarətdə saxlamaq istəyərlər. Polis qüvvəsinə sığınmış gücü istəməzlər. Qəfildən elə an yetişər ki, insanların artıq itirəcək heç bir şeyləri qalmaz.
“Təəəsüflər olsun ki, bu diktatorların çoxu insanları bir mükələfiyyət olaraq görərlər. Onlar insanlara yaşamaq hüququ verərək onlara yaxşılıq etdiklərin düşünürlər. Xalqda elə bir illuziya yaradılır ki, sanki öz həyatları üçün liderə borcludurlar. “
“Hüsnü Mübarək iqtidara lk dəfə gələndə bir nitq söyləmişdi. Sonra etdikləri ilə bu nitqini tutuşdursanız çox heyrətlənərsiniz. O kasıbın yanında daynacağını varlı ilə döyüşəcəyini demişdi. Hakimiyyət üzvlərinin layiq olduqlarından artığını ala bilməyəcəklərini demişdi. Hökumətdə hər kəsin alacağı pulun təqib ediləcəyini söyləmişdi. Məhkəmələr tamamilə müstəqil olacaqdı. Təhlükəsizlik qüvvələri daim yoxlanılacaqdı. Çox gözəl mətn oxuyurdu. Bəs sonra bu mətni oxuyan adam hara yox olmuşdu?”
3. Kabusa çevrilmək
“Diktatorların həyat tərzləri ilə əlaqədər bir əhəmiyyətli nöqtə var. Etdiklərinə dəstək olub cinayət törtdikdə üzünü çevirən bir sistem var. Pisliyə göz yuman insan da pisliyin bir parçasıdır. Əgər bu şəxslərin özlərinə olan heyranlıqlarını və fərdi zəfərlərini yaratmaq sevdalarını görə bilmiriksə və fərqində olmadan onların bu ehtiraslarını bəsləyiriksə bir kabusun doğulmasına səbəb ola bilərik”.

 
  • Yazılıb
  • da (də) 2018 Mar 13
  • Göndərən مدير سايت Aran News