Tarix : 2018 Mar 14
Kod 54669

Həsən Ruhani: Azərbaycan və İran Asiya və Afrika ilə Avropanı birləşdirən əsas marşrut ola bilər - Foto

Azərbaycan və İran Asiya və Afrika ilə Avropanı birləşdirən əsas marşrut ola bilər.

Arannews-Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehranda görüşü zamanı deyib.Prezident bildirib ki, tərəflər artıq tranzit nəqliyyat sahəsində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atıblar.İki ölkə arasında mövcud əməkdaşlıqdan danışan H.Ruhani qeyd edib ki, tərəflər əczaçılıq və avtomobil sənayesi, kənd təsərrüfatı və turizm sahəsində güclü əlaqələr qurublar.H.Ruhani həmçinin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində iki ölkənin səfirləri və rəsmiləri tərəfindən göstərilən səyləri yüksək qiymətləndirib.Azərbaycan Prezidenti İlham Əliyevin yaxın gələcəkdə Bakıya səfərlə bağlı rəsmi dəvətini qeyd edərək Ruhani qarşıdakı səfərin iki ölkə arasında əlaqələri, əməkdaşlığı və dostluğu möhkəmləndirəcəyinə ümid etdiyini bildirib.

0
  • Yazılıb
  • da (də) 2018 Mar 14
  • Göndərən مدير سايت Aran News