Nizami Gəncəvi gənc nəsil üçün əxlaq örnəyidir. O, İranın sülh, dostluq və islami dialoqunun müjdəçisi hesab olunur.
AranNews - Nizami Gəncəvi Beynəlxalq Konqresinin katibi Urəngi konqres barədə məlumat
verərək deyib: “Bu konqres 21 isfəndin (12 mart) həkim Nizami Gəncəvinin adına qeyd
olunmasının dəyərləndirilməsi istiqamətində təşkil edilmişdir. Səy edirik ki, digər İslam ölkələri
də ilin bir gününü Nizam Gəncəvinin adına qeyd etsinlər.”
Şair və mütəfəkkirləri ölkələrin mədəni sərmayəsi adlandıran konqres katibi deyib: “Bu
konqresdə onların uca tutulmasından əlavə ilahi dialoq, sülh və dostluq olan öz dialoqomuzu da
tanıdacağıq.”
Urəngi əlavə edib: “Nizami Gəncəvi əxlaq gözəlliyinə xüsusi diqqət edən böyük şair olmuşdur
və o, gənc nəsil üçün bir örnəkdir. Bizim ən böyük sərvətimiz, dəyərlərimizdir.”
Urəngi vurğulayıb ki, Nizami Gəncəvi Konqresinin ərsəyə gəlməsi üçün bir il yarım azəri dilli
əyalətlərdə zəhmət çəkilib, dövlət məsullarının, universitetlərin və təhsil idarələrinin dəstəyi ilə
öz işini davam etdirib.
O deyib: “Konqresin katibliyinə 1117 məqalə daxil olub. Onlardan 82 məqalə seçilərək iki cilddə
çap edilib. Konqresin keçirilməsi üçün mədəniyyət xadimləri, universitet adamları, ziyalılar və
azəri dilli ustadların iştirakı ilə 4 ixtisaslı iclas təşkil olunub.