Tarix : 2018 Mar 14
Kod 54678

Reks Tillersonun istefaya göndərilməsinin şok səbəbi açıqlanıb

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərmə səbəbinin onun la öz arasında fikir ayrılığının olması ilə izah edib. Onun sözlərinə görə bu fikir ayrılıqlarının ən əsası İranın nüvə proqramı barədədir.
Arannews-İranla olan müqaviləyə baxın. Mən hesab edirəm ki, o dəhşətli vəziyyətdədir. O hesab edirki, o yaxşıdır. Mən əvvəllər də onu cırmaq və ya nəsə etmək istəyirdim, o bir qədər başqa cür hesab edirdi. Biz onunla fərqli düşünürdük", - deyə Tramp jurnalistlərə bəyan edib.
O, həmçinin Tillersonla yaxşı keçindiyini, ancaq bəzi məsələlərdə anlaşmadıqlarını qeyd edib.
Mike Pompeo ilə (Tillersonun yerinə gətiriləcək dövlət katibi - İS) çox oxşar bir yanaşmamız var. Hesab edirəm ki, hər şey yaxşı olacaq", - Tramp əlavə edib.
Kütləvi informasiya vasitələri Trampın bu bəyanatını belə qiymətləndiriblər ki, Tillersonun getməsinin səbəbi o deməkdir ki, Tramp artıq İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı müqaviləsindən çıxmaq üzrə qərar qəbul edib. 
Məlumat verildiyi kimi, Tramp razılaşmaya dair qərarın son tarixini 12 May 2018-ci ilə təyin edib.
  • Yazılıb
  • da (də) 2018 Mar 14
  • Göndərən مدير سايت Aran News