Türkiyənin baş naziri Binəli Yıldırım sabah Bakıya səfərə gələcək.
Arannews-Hədəf14.az “Türkiyegazetesi"nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Nazirlər Kabinetinin mətbuat xidməti açıqlama yayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rəsizadə və digər rəsmi şəxslərlə görüşəcək.
B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq.