Tarix : 2018 Mar 15
Kod 54682

Ermənistan Qarabağda hərbi təlimlər keçirir

İşğalçı Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərində təlimlər keçirir.
Arannews-Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir. 
Təlimlərdə əsas diqqət atəşin aparılması formalarına və metodlarına, döyüş vəziyyəti nəzərə alınmaqla, şərti rəqibin hədəflərinin sıradan çıxarılması xüsusiyyətlərinə yönəldiləcək.
Xatırladaq ki, martın 12-dən Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

  • Yazılıb
  • da (də) 2018 Mar 15
  • Göndərən مدير سايت Aran News