Arannews-İslamazeri.com xəbər verir ki, 2012-ci il 5 oktyabrda orta məktəblərdə hicab məhdudiyyətinin ləğv edilməsi tələbilə həbs olunan şəxslərdən 3 nəfərin həbs müddəti bitir.
Onlar Ağadadasov Tərlan, Rövşən Allahverdiyev və İlham Hətəmov adlı inanclılardır. Məlumata görə, onlar 5 apreldə cəza çəkdikləri həbsxanalardan azad olunacaqlar.
Qeyd edək ki, "hicaba azadlıq aksiyası" şüarı ilə keçirilən 2012 oktyabr aksiyası zamanı həbs olunan hazırda 6 dindar həbsədir.
Onu da qeyd edək ki, gündəmdə "əfv sərəncamı"nın veriləcəyilə bağlı məlumatlar dolaşır. Ehtimal verilir ki, əfv sərəncamı ilə yanaşı amnistiya da tətbiq olunacaq. Bu iki sərəncamlarla onlarla dindarın da azad olunması gözlənilir.
Həmçinin oxuyun:
Gündəmdə "böyük əfv" var; Sərəncam dindarlara aid ediləcəkmi? - Həbsdəki İslamçıların SİYAHISI
Həm əfv sərəncamı, həm amnistiya gözlənilir