Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezidentlik Kompleksindəki 46-cı Muhtarlar Yığıncağında çıxış edib.
Arannews-FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Ərdoğan çıxışında, "məsəl var, "Şeytan daşlamaqdan təvaf etməyə vaxt tapmır", - deyirlər. Bbizi bu vəziyyətə gətirmək istəyirdilər. Şükür olsun, biz də şeytanı da daşladıq, təvafımızı da etdik. İnşallah Afrin axşama qədər tamamilə terrorçulardan azad ediləcək", söyləyib.