UNESCO-nun milli komissiyasının İranda baş katibi Qeydari deyib: “Tanınmış arifin adının UNESCO-nun məşhur şəxsiyyətləri sırasında Qərbi Asiya ölkələrinin birlik və həmrəylik amili kimi qeyd olunması üçün lazım olan işləri edəcəyəm.”
AranNews - UNESCO-nun milli komissiyasının İranda baş katibi “Nizami Gəncəvi Beynəlxalq Konqresi”nə məktub göndərərək bu şairi Firdovsi və Sədi kimi səpk və üslub sahibi adlandırıb.
Məktubun mətni aşağıdakı kimidir:
Allahın adı ilə
Xanımlar, ağalar, ustadlar və nəzəriyyəçilər!
Siz ziyalılar və İranın zəngin mədəniyyətini sevərlərin “Həkim Nizami Gəncəvi Beynəlxalq Konqresi” keçirməsi çox iftixarlıdır və mən UNESCO-İran milli komissiyasının baş katibi kimi zəhmətlərinizə görə sizə səmimi olaraq minnətdarlıq edirəm.
6-cı hicri qəməri əsrində İranın epik ədəbiyyat və hikmət əsasında şer yazan Həkim Cəmaləddin Əbu Məhəmməd İlyas bin Yusif bin Zəki bin Müəyyəd Nizami Gəncəvi fars şerinin əsas nümayəndəsi və bu dilin ən mahir ustadı olmuşdur. Onun fars dilini təkamülə çatdırmaqda bənzərsiz rolu olmaqdan əlavə, dünya ədəbiyyatında da inkaredilməz məqamı vardır. Nizamini İslam ölkələrinin ortaq mirası adlandırmaq olar. Nizaminin səpki müsəlman ölkələri arasında daha artıq birliyə səbəb ola bilər.
Nizami o şairlərin sırasındadır ki, Firdovsi və Sədi kimi özünəməxsus üslublar yaradaraq onu təkmilləşdirə bilmişdir, qəzəl söyləməkdə fars ədəbiyyatının ən böyük şairidir. Onu şad və sevincli anları təsvir etməkdə bənzərsiz şair adlandırmaq olar.
Onun dili çox şirindir, sözləri mülayim və incə, danışığı ürəyə yatandır, hətta döyüş anlarını açıqladıqda şerlərində şadlığı daha rəngli etmişdir. O, arif, mütəfəkkir, İran mədəniyyəti və tarixi ilə tanış bir şairdir, romantik əsərlərində də dərin əxlaqi məqamlara yer vermişdir.
Paklıq və əxlada arif Nizaminin bənzəri yoxdur. Belə ki, divanlarının heç birində bəyənilməyən və yersiz söz tapmaq olmur, həyatının əvvəlindən axırına kimi bir beyt həcv belə dilinə gətirməmişdir.
Onun söz və şerindən belə görünür ki, təvazökar və asılılıqdan uzaq insan olmuşdur. Nizami mətndə heç vaxt mübaliğəyə yol verməmiş, hökmranların diqqətini cəlb etmək üçün şer yazmamışdır. Heç vaxt hökmdarların sarayına üz tutmamışdır, xüsusilə də ömrünün sonlarında təkliyə çəkilmiş və azad yaşamış, heç vaxt əmirlər qarşısında əyilməmişdir.
UNESCO-İran milli komissiyası İranın bu görkəmli şəxsiyyətinin uca tutulması, tanınmış arifin adının Qərbi Asiya ölkələri arasında birlik və həmrəylik amili kimi UNESCO-nun məşhur şəxsiyyətləri arasında yer alması istiqamətində lazım olan addımı atacaq.
Sonda Azərbaycan yurdunun siz mütəfəkkirlər və bu beynəlxalq konqresdə iştirak edərək görkəmli arifin şəxsiyyətində yer almış dəyərləri tanıtmağa təlaş edən bütün nəzəriyyəçilərə öz səmimi minnətdarlığımı bildirir, qarşıdan gələn yeni il münasibətilə təbrik edirəm, sizə sağlamlıq, gözəl günlər və xoşbəxtlik arzu edirəm.