Nizaminin dinə bağlılığı onu öz əsrinin şairlərindən fərqləndirmiş və saray şairi olmaqdan, şahlara tərif yağdırmaqdan, şərab və nəfspərəstlikdən amanda qalmasına səbəb olmuşdur.
AranNews - Şərqi Azərbaycan valisinin siyasi işlər üzrə müavini Rəhim Şöhrətfər Təbrizin Müəllim toplantı salonunda keçirilən “Nizami Gəncəvi Beynəlxalq Konqresində” deyib: “Yer kürəsinin əhalisi soy, din və milliyyətdən daha ehtivaedici olan insanlıq hökmü ilə bir-birinin yanında yaşamalı, çoxluğu kənara qoymaq, vəhdət və həmrəy olmaq üçün bütün təlaşını göstərməlidir. Şübhəsiz, Mövlana, Nizami, Hafiz, Şəhriyar, Pərvin Etisami kimi böyüklərdən və bu yurdun yüzlərlə ədəbiyyat və mədəniyyət ulduzunun əsərlərindən faydalanmaq mədəniyyətimizin əsilliyini bütün dünyaya nümayiş etdirməkdə bizə kömək edə bilər.”
Rəhim Şöhrətfər əlavə edib: “Nizami özünün hikmət və ibrətlərlə dolu minlərlə beytini o dövrdə dövlət dili olan və şairlər arasında geniş yayılmış fars dilində söyləsə də, indi əsrlər keçdikdən sonra xalqlar, tayfalar və dillər arasında təəssüflü keşməkeşlərdən sonra bu nəticəyə gəlinir ki, öz məşhur şəxsiyyətlərinə dəyər verməklə yanaşı, hər eliti, alimi, mütəfəkkiri və şairi onun millət və dininə diqqət etməklə deyil, əsərlərinin elmi və mənəvi yanaşmalarına görə dəyərləndirək.”
Dövlət məsulu Nizaminin bir zamanlar Səlcuqlar hökumətinin bir hissəsi olan Gəncə şəhərində dünyaya göz açdığını vurğulayaraq deyib: “Səlcuqlar türk dilli və iranlı olublar. 5-6-cı hicri qəməri əsrlərində İran, Roma, Əfqanıstan, Şam və s. kimi ərazilərdən ibarət olan Qərbi Asiya və Kiçik Asiyaya hökmranlıq ediblər.”
O, çıxışının davamında deyib: “Nizami dəyərli əsərləri ilə əsrlər boyudur ki, İran və fars ədəbiyyatının iftixarıdır. Onun əzəmətli düşüncəsi və hikmətli sözləri bütün mütəfəkkirləri belə bir əsərlər irs qoymuş şairi dünyaynın harasında yaşamasından, hansı dildə və hansı dində olmasından asılı olmayaraq dəyərləndirməyə, uca əndişələrinin tərvicinə və onun adını qoruyub sağlamağa təşviq edir.”
Şöhrətifər, Nizamini uca sirləri kəşf edən arif adlandıraraq deyib: “Nizaminin dinə bağlılığı onu öz əsrinin şairlərindən fərqləndirmiş və saray şairi olmaqdan, şahlara tərif yağdırmaqdan, şərab və nəfspərəstlikdən amanda qalmasına səbəb olmuşdur.
Dahi şair hekayə və əfsanə yazmasına, Xosrov və Şirin, Leyla və Məcnun kimi bənsərsiz poemalar yaratmasına baxmayaraq, onun iffət və ruh yüksəkliyi elə bir səviyyədədir ki, bu poemalarının və digər əsərlərinin heç birində ədəb və ürfə uyğun olmayan bir söz işlətməyib.”
Şöhrətifər vurğulayıb: “Qeyd etməliyəm ki, ölkəmizin elm və ədəbiyyatına dəyər vermək və onunla yanaşı milli və transmilli vəhdətə diqqət yetirmək üçün belə bir konqreslərin keçirilməsi çox əhəmiyyət kəsb edir. Çünki vəhdət və həmrəylik eyni dilli olmaqdan yaxşıdır və bu gün elmi inkişaf və yer kürəsinin hər yerində insanların geniş münasibətləri sayəsində əsərlərin bütün dillərə tərcüməsi mümkündür və əsas əhəmiyyət daşıyan məsələ əsərin yazıldığı dili bilmək deyil, o əsərlərin məfhumunu dərk etməkdir.
Bu konqres ölkənin tanınmış şəxsiyyətlərinə öz borcunu ödəməkdən əlavə, vəhdət və həmrəylik yaratmaq, cahanşümul, coğrafiya, din və siyasətə sığmayan dəyərli əsərlərin nəşr edilməsi üçün bir vasitə olmalıdır.”