Tarix : 2018 Mar 17
Kod 54690

“Nardaran işi 4”: “Məni qanım axa-axa sürütləyərək apardılar” – Video

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Nardaran işi 4” üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib. Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər.
Aran Agentiliyi:  rakurs.tv-a istinadf xebere gore.Məhkəmə zərərçəkmişlərin ifadələri ilə davam edib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Məmmədov familyalı əməkdaşı təqsirləndirilən şəxsləri əvvəl tanımadığını bildirib. Zərərçəkmiş onların əlində silah görmədiyini,avtomat və qranatdan onlara atəş açıldığını və baxışda iştirak etdiyini bildirib.
Ceyhum İmamverdiyev məlum gün Etibar adlı şəxsi zərərsizləşdirdiyini və onun əlində xəncər və bıçaq olduğunu deyib.
Salmanov familiyalı zərərçəkmiş isə onlara əl qumbaralarının atıldığını və Cahad Babakişizadə adlı şəxsi zərərsizləşdirdiyini bildirib. O idarə əməkdaşlarının yaralanan şəxsləri “təcili yardım” maşınına apardıqlarını deyəndə Ə. Bünyadov buna etiraz edərək, şahidin yalan danışdığını məhkəməyə bildirib.
Üzeyir Salahov ifadəsində həmin gün yaralıları DİN-in hospitalına apardıqlarını deyib. Bünyadov bu zərərçəkmişin də yalan danışdığını deyərək onu qanı axa-axa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sürüyərək apardıqlarını deyib.
Daha sonra Elçin Tağıyev və Həmzə Zahidov da ilkin verdikləri ifadəni təsdiqlədiklərini bildiriblər.
Şahid ifadələrindən sonra hakim Ə.Hacıyev növbəti prosesin 6 aprel saat 11:00-a təyin olunduğunu bildirib.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb.
  • Yazılıb
  • da (də) 2018 Mar 17
  • Göndərən مدير سايت Aran News
Açar sözlər