Tarix : 2018 Mar 17
Kod 54693

AİP-in mərhum sədri Təbrizdə anıldı

Azərbaycan İslam Partiyasının mərhum sədrinin vəfatının yeddinci ildönümü münasibətilə Təbrizin Sabihəz-Zaman (əc) məscidində mərasim keçirildi.

AranNews – Azərbaycan İslam Partiyasının mərhum sədri Hacı Əlikram Əliyevin vəfatının yeddinci ildönümü münasibətilə anım mərasimi 16 mart cümə günü saat 10-dan 12-dək Təbrizin Sahibəz-Zaman (əc) məscidində keçirildi. Mərasimin təşəbbüskarı Ənsarul-Hüseyn (ə) heyəti idi.

Bu möhtəşəm mərasimdə Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin doktor Ali-Haşim, dini heyətlər, ictimai qurumlar və Təbriz əhalisi iştirak edirdi.

Anım mərasiminin xətibi höccətül-islam Nüvin kommunistlərin Azərbaycan Respublikasında 70 illik hakimiyyətinə və onların bu ölkədə bütün dini təzahürləri və məscidləri məhv etmələrinə, İslamla amansız mübarizələrinə işarə etdi, sonra AİP-in mərhum rəhbəri Hacı Əlikram Əliyevin mübarizələri, onun İslam İnqilabına bərk sevgisindən söz açaraq dedi: “Hacı Əlikram təbii ölümlə deyil, mübarizənin təzyiqləri və məruz qaldığı işgəncələr üzündən şəhid oldu.”

Xətib, Hacı Əlikramı fövqəladə insan və Azərbaycan Respublikasında İslamın özəyi, İslam Partiyasını təsis edə bilən rəhbər adlandırdı.

Höccətül-islam Nüvin çıxışının digər hissəsində sionist rejimin Azərbaycan Respublikasının mühüm mərkəzlərinə, hərbi təsisatlarına nüfuz etməsinə, bu ölkədə torpaq almasına işarə edərək vurğuladı: “İsrail, Azərbaycanın dövlət adamlarını təhrik edir və İranı onlara düşmən kimi tanımtmağa cəhd göstərir. Halbuki, İranın Azərbaycan Respublikasında dostluq və qardaşlıqdan başqa bir məqsədi yoxdur.”

Mərasimin davamında Təbrizin məşhur məddahı Hacı Mehdi Xadimi-Azərbaycan rövzə oxuydu.

Xatırladaq ki, Azərbaycan İslam Partiyasının mərhum sədri və şiə fəalı Hacı Əlikram Əliyev Nardaran şəhərində dünyaya göz açmışdır. Onun fəaliyyətləri İslam İnqilabının qələbəsindən və İmam Xomeyni (r) təfəkküründən təsirlənmişdir. 71 il ömür sürmüş Hacı Əlikram müsbət rəhbər, İslam və şiə xidmətçisi, İmam Xomeyninin (r) təfəkkürünü Qafqaz və Azərbaycan Respublikasına çatdıran bir şəxsiyyət kimi tanınmışdır.









  • Yazılıb
  • da (də) 2018 Mar 17
  • Göndərən مدير سايت Aran News
Açar sözlər