Tarix : 2018 Mar 17
Kod 54694

Höccətül-islam Nəzəri: Azərbaycan hakimiyyəti İmam Hüseyn (ə) bayrağını yıxa bilməz

Azərbaycan hakimiyyəti ibrət götürməlidir. Pəhləvi rejimi İmam Hüseyn (ə) bayrağını yıxa bilmədiyi kimi Azərbaycan hakimiyyəti də bunu edə bilməz.

AranNews – Zəncanda Azərbaycan İslam Partiyasının mərhum sədri Hacı Əlikram Əliyevin vəfatının yeddinci ildönümü və Bədr və Xeybər əməliyyatları şəhidlərinin uca tutulması münasibətilə mərasim keçirilib. Mərasimə dəvət edilmiş xətib, hövzə və universitet ustadı höccətül-islam Nəzəri çıxışında deyib: “Nardaranda baş verən hadisələr sosial şəbəkələrdə dalğaya çevrilməli və bu qəsəbədə baş verən hadisələrin hamısı açıqlanmalıdır. Zəncanın Sarəllah heyəti bu işdə aparıcı ola və öz beynəlxalq fəaliyyət bölməsini işə sala bilər.”

Nardaran əhalisinin həmişə müsəlmanlarla həmdərd olduğunu bildirən xətib deyib: “Məncildə baş verən zəlzələ hadisəsində Nardaran əhalisi Məncil əhalisi ilə həmdərdliyini bildirmək üçün gecələri çöldə qaldı.”

Höccətül-islam Nəzəri İraqın İran əleyhinə müharibəsində Nardaran əhalisinin İran xalqına yardımlarına da toxunaraq deyib: “Mən bu yurdun əhalisini uca tuturam.”

Nardaran əhalisinin İmam Hüseyn (ə) məktəbinin müdafiəsi yolunda uzunmüddətli həbslər çəkməsinə işarə edən xətib deyib: “Bu gün Azərbaycan xalqı bu inqilabi hərəkətləri müdafiə edirlər.

Düşmənlər Nardaran hadisəsində İranı müqəssir bilirlər. Hacı Əlikramın sağlamlıq durumunun ağır olmasına baxmayaraq həbsxanada olduğu müddətdə onun həkim müayinəsindən keçməsinə icazə vermədilər.”

Xətib əlavə edib: “Heç kəs Nardaran şəhidləri ilə qarşılaşa bilməz. Bu günləri Azərbaycanın dövlət məsulları ibrət götürməlidir. Pəhləvi rejimi İmam Hüseyn (ə) bayrağını yıxa bilmədiyi kimi Azərbaycan dövləti də bunu edə bilməyəcək.

Azərbaycanın dövlət məsulları Nardaranı tanımayıb və bilmirlər ki, bu qəsəbəyə turist turları təşkil etmək kimi işlərlə müsəlmanların hərəkətinin qarşısını ala bilməzlər.”

Hövzə və universitet ustadı çıxışının davamında deyib: “Mətbuat, məddahlar, dini heyətlər, əlində tribuna olanlar Nardaran məsələlərini yaxşı işıqlandırmalıdır.

Sarəllah heyəti bu istiqamətdə təsirli addımlar atmış və ölkənin iftixarı olmuşdur.”

  • Yazılıb
  • da (də) 2018 Mar 17
  • Göndərən مدير سايت Aran News
Açar sözlər