İranın Bakıdakı səfirliyinin hərbi attaşesi Naxçıvan Muxtar Respublikası sərhədçiləri və hərbi rəsmiləri ilə görüşdə deyib: İran və Azərbaycan Resublikasının sərhədlərinə hakim təhlükəsizlik sərhəd əməkdaşlıqlarının uğurlu nümunəsi və hər iki ölkənin xeyrinədir.
Aran Agentiliyi: İranın Bakıdakı səfirliyinin hərbi attaşesi Naxçıvan Muxtar Respublikası sərhədçiləri və hərbi rəsmiləri ilə görüşdə deyib: İran və Azərbaycan Resublikasının sərhədlərinə hakim təhlükəsizlik sərhəd əməkdaşlıqlarının uğurlu nümunəsi və hər iki ölkənin xeyrinədir.
İranın Naxçıvandakı Konsulluğunun məlumatına görə, polkovnik Əli Seyfi cümə günü Naxçıvan Muxtar Respublikasına səfərdə xüsusi ordu komandanı Kərəm Mustafayev və Naxçıvan Sərhəd komandanı Asif Quliyevlə ayrı-ayrılıqda görüşüb.
Bu görüşlərdə iki tərəf iki ölkənin sərhədlərində təhlükəsizlik və stabilliyin təmin olunması ilə nəticələnən əməkdaşlıqlardan razılıq edib və bu prosesin davam etməsini vurğulayıb.
İranın Bakıdakı səfirliyinin hərbi attaşesi regionun təhlükəsizliyinin bölgə ölkələri tərəfindən təmin olunmasına dair İranın prinsipial siyasətini açıqlayaraq İran və Azərbaycan Respublikası əməmkdaşlığını yaxşı nümunə adlandırıb. Belə ki, qonşular bir-birlərinin köməyi ilə sərhəd və regionun təhlükəsizliyini əldə edə bilərlər.
Naxçıvanın hərbi rəsmiləri də bu görüşdə İran və Azərbaycan münasibətlərinin uzun keçmişi, iki ölkə sərhədlərindəki təhlükəsizlik, həmçinin müxtəlif sahələrdəki mövcud əməkdaşlıqları çox önəmli adlandırıb və iki ölkənin mənafeyi istiqamətində hazırkı proseslərin davam etdirilməsini əhəmiyyətli qiymətləndiriblər.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ərazisidir və İran İslam Respublikasının Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətləri ilə birgə sərhədi vardır.