Tarix : 2018 Mar 20
Kod 54711

Səud qəbiləsi PKK-nın maliyyələşməsi üçün Trampa 4 milyard dollar verir

Suriyada geniş əraziləri PKK/PYD-nin ələ keçirməsini təmin edən ABŞ, terrorçuların maliyyələşdirilməsi məsələsində Səudiyyə Ərəbistanı ilə razılaşıb.
Aran Agentiliyi: Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd ibn Salmanın Vaşinqton səfəri öncəsi dərc olunan xəbərlərdə Trampa dörd milyard dollar verəcəyinə söz verdiyi bildirilib.
ABŞ prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Suriyanın şimal və şərq hissələrinin yenidən inşası üzrə müqavilə imzaladığı iddia olunub.
“The Washington n Post” qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə əsasən, dekabr ayında Tramp ilə Məhəmməd bin Salman arasında telefon danışığı olub. Görüşdə Trampın Məhəmməd ibn Salmandan yeni addımlar üçün 4 milyard dollar tələb edib.
Qəzetin xəbərində Vaşinqton rəhbərliyinin Suriyadakı planı Suriyanın şərqi və şimalında İŞİD-dən alınan bölgələrə Bəşər Əsəd, Rusiya və İranın yerləşməsinin qarşısını almaq kimi xarakterizə olunub
  • Yazılıb
  • da (də) 2018 Mar 20
  • Göndərən مدير سايت Aran News
Açar sözlər