Bu gün Ermənistan Müdafiə Nazirliyində ordu rəhbərliyinin iclası keçirilib.Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Serj Sarkisyan iclasda çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışıb.
Aran Agentiliyi: “Ermənistanın və Qarabağın təhlükəsizliyi baxımından Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox önəmlidir. Bizim mövqeyimiz dəyişilməzdir. Bu barədə beynəlxalq tribunalardan da danışmalı olmuşam. Dediklərimi təkarlamağa ehtiyac yoxdur. Lakin təəssüf danışıqlar prosesi ilə bağlı irəliləyiş yoxdur. Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesini davam etdirəcəyik”.
Serj Sarkisyan Ermənistanın silahlanmaqda davam edəcəyini də deyib.