Aran Agentiliyi: Məşhur Reyters agentliyi sensasiyalı xəbər yayıb. Maltada fəaliyyət göstərən “Pilatus” Bankın rəhbəri Əli Sədr Haşemi Nejad ABŞ-da həbs olunub. Ona qarşı 6 maddə üzrə ittiham irəli sürülüb. İttihama görə o İrana qarşı ABŞ hökumətinin tətbiq etdiyi sanksiyalardan yan keçməkdə təqsirkar hesab edilir. İttiham aktında göstərilib ki, Əli Sədr Haşemi Nejad İranla Venesuela arasında tikinti sahəsində bağlanmış müavilədə nəzərdə tutulan 115 milyon dolların İrana ötürülməsini sanksiyalardan yan keçərək təmin edib.
Manhetten prokuroru Cefri Berman bu hadisə ilə bağlı verdiyi bəyanatda deyib: “Əli Sədr Haşemi Nejad müxtəlif variantlar tətbiq etmək yolu pulların İrana getməsini pərdələmiş və bununla da ABŞ qanunvericiliyini kobudcasına pozmuşdur”
Qeyd etmək lazımdır ki, Əli Sədr Haşemi Nejad Maltada fəaliyyət göstərən “Pilatus” bankın rəhbəridir. Bu bank Maltada öldürülmüş Dafnə Qalizia adlı jurnalistin yaydığı məlumatlardan sonra beynəlxalq mətbuatın gündəminə gəlmişdi. 2017-ci ilin oktyabrında öldürülmüş jurnalist bu bankla bağlı yazırdı ki, bakda işləyən şəxslərdən biri ona məlumat ötürüb.Jurnalist də həmin məlumatı dərc etmişdi. Məlumatda “Pilatus” bankın depozitlərinin 60 faizinin Əliyevlərə və Kəmaləddin Heydərova məxsus olduğu bildirilirdi. Bundan əlavə, bu bank Əliyevlərlə Maltanın Baş naziri Jozef Muskat ailəsi arasındakı 1 milyon dollarlıq pul köçürməsində də iştirak etmişdi və elə bu haqda da sonra qətlə yetirilmiş jurnalist yazmışdı.
İrəli sürülən ittihamlara görə Əli Sədr Haşemi Nejadı 125 il həns gözləyir