Sionist rejim istehsalı olan Azərbaycan Respublikasının radar sistemləri bu respublika atmosferindən kənar hüdudları da nəzarətdə saxlayırlar.
Aran Agentiliyi: «Voennoe obozrenie» adlı rus saytı xəbər verib ki, sionist rejim istehsalı olan Azərbaycan Respublikasının radar sistemləri bu respublika atmosferindən kənar hüdudları da nəzarətdə saxlayırlar.
«Voennoe obozrenie» yazıb: Azərbaycan Respublikası özünün SSRİ dövrünün məhsulu olan “Miq-29” qırıcılarını əvəz etmək üçün Türkiyədə montaj edilmiş F-16 amerikan qırıcıları, Çin və Pakistanın birgə məhsulu olan “JF-17 Tunder” təyyarələri və ya İsveçin “Saab JAS 39 Gripen” təyyarələrini satın almaq niyyətindədir.
Bu rus nəşr əlavə edib: Azərbaycan Respublikasının hava müdaifə sistemləri qonşu ölkələrin səmasında uçan təyyarələri hədəfə almaq qabiliyyətinə malikdirlər. Bu ölkə “AD-STAR 288” və “ELM-2106NG” sistemlərini satın alıbdır ki, hava hücumundan müdafiə raketlərini izləməkdən əlavə, qırıcıların hərəkət trayektoriyalarını müəyyənləşdirmək və hava gediş-gəlişlərini tənzim etmək qabiliyyətinə malikdirlər.
“AD-STAR 288” sistemi 480 kilometrlik məsafədə olan hədəfləri izləyir. “ELM-2106NG” sistemi də aşağı hündürlükdə uçan təyyarə və vertolyotları 90 kilometrlik məsafədən izləyir. Ehtimal üzrə, bu sistemlər Azərbaycan Respublikasının sionist rejimlə müqaviləsi çərçivəsində “Barak-8” anti-raket sistemini satın almaq üçün alınıbdır.
Azərbaycan Respublikası “Barak-8” anti-raket sistemini sionist rejimdən satın alan ilk dövlətdir. Bu sistem ballistik raketlər, taktiki əməliyyatlar üzrə raketlər, eləcə də yüksək manevr qabiliyyətinə malik raketləri izləyə və məhv edə bilir.
Azərbaycan Respublikası ərazisində vaxtından qabaq xəbərdarlıq üçün sionist “Green Pine” sistemi də fəaliyyət göstərir. Stokholm sülh araşdırma müəssisəsi “Sipri” özünün illik hesabatında yazıb ki, bu sistemin satın alınması üzrə müqavilə 2011-ci ildə imzalanıbdır.
Sionist “Green Pine” sisteminin əsas işi, əməliyyat-taktiki raketlərin aşkar edilməsi, “Barak-8” və “S-300 PMU” sistemlərinə məlumatın ötürülməsidir.
Bu radar sistemləri Rusiya təyyarələrinin İran səmasından və Rusiya-Azərbaycan Respublikası hava sərhədindən müntəzəm uçuşlarını qeydə alıblar.
Hazırda Azərbaycan Respublikasının bütün hava atmosferi radar sistemlərinin çətiri altındadır. Azərbaycan Respublikasının radar sistemləri bu respublika atmosferindən kənar hüdudları da nəzarətdə saxlayırlar.