Aran Agentiliyi: İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei “Novruz bayramı” münasibəti ilə təbrik müraciəti edibİslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Ayətullah Xamenei Noruz bayramı münasibətilə bütün iranlıları və bu bayramı qeyd edənləri təbrik edib. O çıxışı zamanı dualar və təbriklər deyərək ölkənin bir ildə keçdiyi ictimai-siyasi yolundan dnaışıb. Prezident seçkilərində xalqın iştirakını yüksək qiymətləndirib. Ayətullah Xamenei Mübarək Ramazan ayının son cüməsi milyonlarla iranlının “Qüds günü” yürüşlərinə qatılmasını, 9 dey yürüşlərini təqdirəlayiq adlandırıb.Daha sonra o, İran düşmənlərinin planlarından İslam Respublikasının fürsətdən istifadə etməsindən danışıb: “Ötən ilin önəmli və şirin cəhətlərindən biri, ən azından məqsədlərindən birinin İran İslam Respublikasına zərbə endirmək məqsədini güdən regional təhdidləri İran İslam Respublikası fürsətə çevirə bildi. Bu təhdidlər nəinki ölkəyə ziyan yetirə bilmədi, hətta fürsətə çevrildi və beynəlxalq məsələlərə əhatəsi olanlar bu reallığı başa düşürlər”.Ötən ilin “Milli istehsal və məşğulluq” şüarının dəyərləndirilməsi zamanı o, müqavimət iqtisadiyyatı çərçivəsində həyata keçirilməsi istiqamətində atılan addımları da təqdir edib: “İş yerlərinin açılması və milli istehsal istiqamətində müsbət təşəbbüslər həyata keçirildi, əlbəttə bir çox işlər də qalıb və bunlar da həyata keçirilməlidir. Bu şüar müəyən qədər ölkədə reallaşdı, amma inşallah, tam reallaşması üçün təşəbbüslər davam etdirilməlidir.”Zəlzələ, sel və digər təbii fəlakətlərin xalqın acılı günü kimi dəyərləndirən Ayətullah Xamenei iğtişaşlardan da danışıb: “İlin sonunda İran xalqının düşmənlərinin planları əsasında ölkədə iğtişaşlar da baş verdi, ancaq İran xalqı özü meydana gəldi və hətta iğtişaşların onların adına edildiyi qrupların özləri meydana gəlib iğtişaşçılar qarşısında dayandılar. Əlbəttə bu hadisədə bir daha İran xalqının əzəməti aydın oldu.”Yeni şüara işarə edən İnqilab rəhbəri “Hamı işləməli, səy göstərməlidir və milli istehsal prioritet təşkil etməlidir. Yəni əgər hamı milli istehsal ardınca olarsa, ölkənin bir çox iqtisadi problemi, xalqın məişət problemlərinin böyük hissəsi, məşğulluq məsələsi, investisiya məsələsi və s. öz həllini tapacaq. İctimai problemlər böyük ölçüdə həll olacaq. Demək milli istehsal sürətlənərsə və prioritet təşkil edərsə, bir çox problemlər həll olacaq. Mən bu ilin şüarı üçün buni prioritet seçdim, bu ilin şüarı “İran istehsalına dəstək”-dir. Bu il İran istehsalına dəstək ilidir. Bu sadəcə vəzifəli şəxslərə aid deyil və hər bir vətəndaş bu şüara öz töhfəsini verə, sözün əsil mənasında meydana gələ bilər. Ümid edirəm ki, Allah-Taala həm vəzifəli şəxslərə, həm xalqa kömək edəcək və onlar üzərlərinə düşəni ən yaxşı şəkildə həyata keçirəcək və bu ilin şüarı olan “İran istehsalına dəstək” şüarının sözün əsil mənasında reallaşmasına nail olacaqlar.”, -deyə qeyd edib.