Tarix : 2018 Mar 23
Kod 54723

Ötən gün ərzində 65 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 65 cinayət faktı qeydə alınıb, onların da 17-i “isti izlər”lə açılıb.
Arannews-"İslaminSesi.info"  bildirir ki,  DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 2 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.


  • Yazılıb
  • da (də) 2018 Mar 23
  • Göndərən مدير سايت Aran News