Tarix : 2018 Mar 23
Kod 54724

İsrail polisi Fələstinli uşağı xəstəxanada həbs etdi

İsrail polisi tərəfindən verilən yazılı açıqlamada təhlükəsizlik qüvvələrinə şüşə partlayıcı atmaq iddiası ilə 14 yaşlı fələstinlinin müalicəsinin davam etdiyi Əl-Makasid xəstəxanasında həbs edildiyi bildirilir.

Arannews-FaktXəbər-in məlumatına görə, açıqlamada bildirilir ki, fələstinli uşaq partlayıcını atmağa hazırlaşarkən özü yaralanıb.Qeyd edək ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə hər gün evlərə basqın təşkil edərək müxtəlif iddialarla fələstinliləri həbs edir.Rəsmi məlumatlara görə, İsrail həbsxanalarında 7 minə yaxın fələstinli var

  • Yazılıb
  • da (də) 2018 Mar 23
  • Göndərən مدير سايت Aran News