13 bəhreynli qadın siyasi ittihamlar əsasında Ali-Xəlifə rejiminin həbsxanalarında saxlanılmaqdadır
Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Bəhreynin Ali Xəlifə rejiminin siyasi məhbuslarının siyahısında 13 qadın da var.
Məlumata görə, 13 qadın məhbus arasında Fatimə Əli, Amal Əli və İman Əli adlı üç bacı və Hacər Mənsur, Əmirə Əl-Qəşəmi və Mədinə Əli adlı başqa üç qadın 3 il müddətində azadlıqdan məhrum ediliblər. Başqa 4 bəhreynli qadına isə 5 il müddətində həbs cəzası verilib. 3 qadına da 5 il iş verilib, 3 bəhreynli qadına hələ hökm oxunmayıb.Qadın məhbuslar Bəhreynin şimalında İsa qəsəbəsində yerləşən həbsxanada saxlanılırlar və indiyədək hüquq müdafiə təşkilatları onlara qarşı kobud rəftarlar barədə dəfələrlə hesabatlar yayıblar.
Qeyd edək ki, Bəhreyn xalqının dinc etirazlarının üstündən 7 il keçməsiylə yanaşı, bu günlərdə Bəhreyn məsələsi regional və beynəlxalq siyasətçilərin zehnində aktual bir mövzu halına gəlmiş və heç kim bu inqilaba laqeyd qala bilmir. Çünki etirazlar heç dinməmiş və etirazçılar öldürülmələrinə, gənclərin həbsə atılmasına, işgəncəyə məruz qalmasına və edam edilməsinə, qadınlarının həbs olunmasına, ölkədəki alimlərin təzyiq altında tutulmalarına, məscidlərinin dağıdılmasına və Bəhreyn vətəndaşlığından çıxarılmalarına baxmayaraq, hər gün küçələrdə etiraz aksiyaları keçirilməkdədir.